Cənub regionunun iqtisadi inkişafı

Lənkəran şəhəri, Astara, Lerik, Yardımlı, Masallı və Cəlilabad inzibati rayonlarından ibarət olan Lənkəran iqtisadi rayonun ərazisi Azərbaycan ərazisinin 7 faizini, əhalisinin isə 9.5 faizini təşkil edir. İqtisadi rayonun əhalisinin böyük hissəsi- 74 faizi kəndlərdə, 26 faizi isə şəhərdə yaşayır. Lənkəran iqtisadi rayonun əmək bazarının əsas sosial iqtisadi göstəricilərinin təhlilini apararkən belə nəticəyə gəlmək olar ki, iqtisadi rayonda əhalinin 50 faizə yaxın hissəsi məşğul əhali kateqoriyasına aid etmək olar.
Lənkəran iqtisadi rayonun iqtisadiyyatının əsasını aqrar sənaye kompleksi təşkil edir. Ölkə iqtisadiyyatında həyata keçirilən iqtisadi islahatlar, regionların sosia-iqtisadə inkişafı istiqamətində görülən işlər, sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər öz müsbət nəticələrini göstərməyə başlamışdır.
Lənkəran iqtisadi rayonu həmçinin zəngin rekreasiya və kurort ehtiyatlarına malikdir ki, bununda əsasını çoxlu soyuq və mineral bulaqlar təşkil edir. İqtisadi rayonun mineral bulaqlarının müalicəvi xüsusiyyətləri mövcuddur. Təkcə Astara rayonu ərazisində 20-ə yaxın mineral bulaqlar var.

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.