Təcavüzkar Ermənistan işğal altında olan torpaqları vəhşicəsinə istismar edib, orada ekoloji terror törədiblər. Bu dövr ərzində işğalçı ölkə təbiətə qarşı da təcavüzkar davranıb. 28 il ərzində dinc insanların və təbiətin qənimi olan erməni işğalçıları tərəfindən Qarabağın flora və fauna aləminə, meşələrinə misli-bərabəri görünməmiş ziyan vurulub, kənd təsərrüfatı sistemi tam şəkildə yerlə-yeksan edilib.
Cəbrayıl rayonu azad olunmasına baxmayaraq əfsuslar olsun ki, rayon erməni işğalı zamanı vandalizimə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib. Onlar bu rayonun ərazisində minlərlə hektar ərazini dəfələrlə yandırıb, məhv ediblər. İşğala qədərki dövrdə Cəbrayıl rayonunun girişində 12 hektar tut bağı olub: “Həmin ərazi 1970-ci ildə baramaçılığın inkişafı üçün yaradılıb və oradan işğala qədər ildə 240 ton barama istehsal edilib. Ermənilər işğal dövründə həmin tut bağlarını məhv edib, dəfələrlə
yandırıblar”. Aydın məsələdir ki, bu barbarlıq tək Cəbrayıl rayonunda deyil, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin hamısında törədilib. Xatırladaq ki, 1 Oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji
məsələlər üzrə İşçi Qrupun növbəti iclası keçirilib. İclasda işğaldan azad edilmiş ərazilərdə meşə fondunun bərpası ilə əlaqədar görülən işlər haqqında məlumatlar verilib. Türkiyə Respublikasının Meşə və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Cəbrayıl rayonu ərazisində salınacaq “Türkiyə-Azərbaycan Qardaşlıq Meşəsi”nin, “Təlim-tədris mərkəzi”nin və “Tinglik sahəsi”nin yaradılması istiqamətində işlərə başlanıldığı vurğulanıb.
Hazırladı
Aris Qismətoğlu, “Vətənnaminə.az”