Posted By Admin Posted On

Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım – Diversiya qrupunun üzvü

Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan vətəndaşlarından ibarət terrorçu silahlı birləşmənin daha bir qrupunun – Karapetyan Rafik Robertoviç, Qolayan Qurgen Hovannesoviç, Tadevosyan Hrayr Seryojeviç, Maloyan Vaqarşak Merojanoviç, Yerğiazaryan Sasun Seyranoviç, Vardanyan Arsen Araikoviç, Bahrekyan Vahagen Edikoçiv, Soğomanyan Setrak Samveloviç, Dilanyan Arman Vazgenoviç, Martoyan Manuk Xovanesoviç, Anbardanyan Vels Karapetoviç, Mikaelyan Andranik Vazgenoviç, Qriqoryan Feliks Arşakoviç barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Vetennamine.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verib.

Prosesdə ifadə verən Feliks Qriqoryan özünü ittihamlarla qismən təqsirli bilib. O qeyd edib ki, ötən il noyabrın 21-də komissarlığa çağırıblar. Ayın 27-də komissarlıqdan hərbi hissəyə göndərilib silah və zirehli təchiz olunandan sonra Laçına, oradan is Hadruta yola salınıb: “Bizə dedilər ki, Gorusa gedirik. Amma sonradan yolu dəyişdilər. Arsen Kazaryan dəstəyə rəhbərlik edənlərə dedi ki, 14 gün mühafizə postlarında olacaqsınız. Dekabrın 13-də bizə dedilər ki, gündəlik ərzaq götürdüyümüz yerə qayıdıb oradan evə gedəcəyik. Aşağı düşəndə Azərbaycan hərbçiləri bizi saxladı. Biz silahlarımızı təhvil verib təslim olduq”.

Hakim bildirib ki, təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadə ilə sərbəst ifadəsi arasında ziddiyyət var.

Prosesdə ifadə verən Verd Anbardanyan da eyni məzmunlu ifadə verib. Bildirib ki, Laçının Azərbaycan ərazisi olduğunu bilib: “Bilirdik ki, Laçını Azərbaycan təhvil verməliyik. Amma bizə dedilər ki, Laçın Azərbaycana verilənə qədər biz orada mühafizə postları qurmalıyıq. İndi də bilirəm ki, Laçın Azərbaycanındır. Biz Arsen Qazaryanın tapşırıqlarını yerinə yetirirdik, qərarı o verirdi. Koordinatları da o müəyyən edirdi”.

Dəstənin digər üzvü Andranik Mikaelyan isə bildirib ki, müharibə vaxtı Cəbrayılda ehtiyat batalyonda olub: “Oktyabrın 2-də Cəbrayıla gəldim, 17-də gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir. Mən də qaçıb evə gəldim. Mənə dedilər ki, əgər xidmətə qayıtmasan, səni 12 ilə qədər həbs gözləyir. Noyabrın 10-da sülh elan olunduğuna görə, mən xidmətə qayıtmağa razılıq verdim, bilirdim ki, artıq müharibə yoxdur. Həm də hərbi polisin işçiləri məni həbslə hədələyirdilər”.

Təqsirləndirilən şəxs bildirib ki, onlar həmin ərazilərin Azərbaycana aid olduğunu bilməyiblər.

Prosesdə fasilə elan olunub. Fasilədən sonra digər təqsirləndirilən hər ifadə verəcəklər.

Daha sonra prosesdə fasilə elan olunub. Fasilədən sonra digər təqsirləndirilən şəxslər də ifadə verəcəklər.

İttihama görə, təqsirləndirilən şəxslər qanunsuz şəkildə odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr yaradıblar.

13 nəfərlik silahlı dəstə ötən il noyabrın 17-də dövlət sərhədini qanunsuz keçərək Xocavənd rayonunun Hadrut qəsəbəsindəki meşəlik ərazilərdə yerləşiblər.

Həmin il dekabrın 13-nə qədər həmin ərazilərdə terror-təxribat törədən silahlı dəstə ayrı-ayrı şəxslərə silahlı basqınlar edib, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törədiblər.

Hakim qeyd edib ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər məhkəmə istintaqında təsdiqini taparsa, onlar 14 ildən 20 ilə qədər və yaxud ömürlük azadlıqdan məhrum edilə bilərlər.

Prosesdə fasilə elan edilib. Fasilədən sonra təqsirləndirilən şəxslər sərbəst ifadə verib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən 13 dekabr 2020-ci il tarixdə keçirilmiş anti-terror əməliyyatı nəticəsində tərksilah edilmiş Ermənistan Respublikasının vətəndaşları olan silahlı dəstələrin üzvləri barəsində DTX-nin İstintaq Baş idarəsində başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşmışdır.

İstintaq nəticəsində müəyyən edilmişdir ki, cinayətkar silahlı birləşmələrin üzvləri 2020-ci ilin 26-27 noyabr tarixlərində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq mütəşəkkil dəstə halında keçməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik və digər ərazilərində döyüş mövqeləri tutaraq 13 dekabr 2020-ci il tarixədək olan müddət ərzində ölkə ərazisində yerləşən müəssisə, idarə, təşkilatlara, habelə ayrı-ayrı şəxslərə silahlı basqınlar etmiş, ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və digər terror əməlləri törətmişlər.

Məlumat verildiyi kimi, silahlı dəstənin əvvəlcə 14, sonra isə daha 13 nəfər üzvü barəsində cinayət işinin istintaqı yekunlaşdırılaraq təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Sadalanan faktlarla bağlı qanunsuz silahlı birləşmənin digər üzvlərinin – Mikaelyan Andranik Vazgenoviç, Soğomonyan Setrak Samveloviç, Karapetyan Rafik Robertoviç və qeyriləri də daxil olmaqla, ümumilikdə daha 26 təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3-cü (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə), 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların tərkibində müəssisələrə, idarələrə, təşkilatlara və ya ayrı-ayrı şəxslərə basqın etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunmalarına dair cinayət işinin istintaqı yekunlaşdırılaraq Azərbaycan Respublikasının Baş prokurorunun müavini tərəfindən təsdiq edilmiş ittiham aktı ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir.

Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image
Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image
Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image
Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image
Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image
Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image
Cəbrayılda gördüm ki, ermənilər hər gün itki verərək geri çəkilir, mən də qaçdım -  Diversiya qrupunun üzvü (FOTO) (ƏLAVƏ OLUNUB) - Gallery Image