Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr
şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, bu barədə
Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi
naziri Sahil Babayevlə Rumıniyanın ölkəmizdəki səfiri Vasile Soarenin görüşündə bildirilib.
Görüşdə Azərbaycan və Rumıniya əlaqələrinin daim inkişaf edərək bu gün strateji
tərəfdaşlıq səviyyəsində olduğu vurğulanıb. Ötən dövrdə ikitərəfli əməkdaşlığın genişlənməsinə
xidmət edən 61 sənədin imzalandığı bildirilib. İqtisadi əlaqələrin inkişaf etməkdə olmasının
növbəti göstəricisi kimi, ötən il də iki ölkə arasında ticarət dövriyyəsində 2,4 dəfə artımın qeydə alındığı bildirilib.
Azərbaycan və Rumıniya Hökumətləri arasında Müştərək Komissiyanın müxtəlif sahələrdə
əməkdaşlıq əlaqələrinin genişlənməsinə xidmət edən fəaliyyətindən bəhs olunub.
İkitərəfli əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb, hökumətlərarası Müştərək
Komissiyanın Buxarestdə keçiriləcək növbəti iclasına hazırlıq məsələləri müzakirə olunub.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti