VETENNAMİNE.AZ xarici mediaya istinadən xəbər verir ki, müddət bitdiyi üçün İsrailin quru əməliyyatına başlayacağı ilə bağlı müzakirələr gedir. Qəzza sərhədində hərəkətlilik davam edir. Sərhəddə minlərlə İsrail əsgəri və tankı yerləşdirilib…
İsrail və HƏMAS arasında qarşıdurmaların 9-cu gününə girdiyi bir vaxtda Qəzza zolağında təxliyyələr davam edir.
İsrail ordusu evakuasiya ilə bağlı son yeniləməsində Qəzzanın şimalındakı mülki vətəndaşları Türkiyə vaxtı ilə 10:00-13:00 arasında cənuba doğru hərəkət etməyə çağırıb. Bu müddət başa çatıb.
İsrail əsgərləri əlləri həyəcan siqnalı ilə quru əməliyyatı üçün sərhədin sıfır nöqtəsinə yerləşdirilərkən, İsrail ordusu çoxlu tank və zirehli texnika ilə sərhəd bölgələrində cəbhə xəttini genişləndirir.
İsrailin hücumlarına cavab olaraq Qəzzadan raketlər atılmağa davam edir.
Vətən Naminə Mətbuat Xidməti