Bugün Ümumdünya Əməyin Mühafizəsi Günüdür


Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq
mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib
İş yerlərində təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasına ictimaiyyətin diqqətinin artırılması məqsədi ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən 2003-cü ildən 28 aprel – Ümumdünya Əməyin Mühafizəsi günü elan edilib. Bu ilki Ümumdünya Əməyin Mühafizəsi Günü üçün “Pozitiv təhlükəsizlik və sağlamlıq mədəniyyəti yaratmaq üçün birlikdə hərəkət edək!” devizi müəyyən edilib.
Azərbaycanda layiqli əməyin təminatı, işçilərin təhlükəsiz və sağlam əmək şəraiti ilə təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Ölkəmiz BƏT-in əsas işçi hüquqları ilə bağlı 58 Konvensiyasını (o cümlədən əməyin mühafizəsi ilə əlaqədar Konvensiyalarını) və bir protokolunu ratifikasiya edib.