Vetennamine.az ın şimal bürosu xəbər verir ki,bu gün Təhsildə inkişaf və innovasiyalar üzrə Vll qrant müsabiqədə qalib olan “Düşünən beyinlər “layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə layihə rəhbəri Kərimova Safura, layihənin eksperti Bağıyeva Aytən, təlimçi Abbasova Gülnarə layihənin məqsəd, vəzifələri və görüləcək işlər haqqında məlumat verdilər.
Açılış tədbirində Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbin tədris işləri üzrə direktor müavini Ağayeva Məlahət, metodik kabinetin direktoru, metodist Mahmudova Fərəh, 1nömrəli ümumi orta məktəbin direktoru Ağarzayeva Çinarə, valideynlər və şagirdlər çıxış edərək layihə ilə bağlı təəssüratlarını bölüşdülər.
Açılış mərasimində layihədə əməkdaşlıq ediləcək 5 məktəbin: Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəb, 1nömrəli ümumi orta məktəb, Sincanboyad kənd ümumi orta məktəb, Dağbilici kənd tam orta məktəb, Taxtalar kənd ümumi orta məktəbin diaqnostik qiymətləndirmə nəticəsində seçilmiş şagirdləri və valideynlər də iştirak edirdilər.
Atayeva Günay Vetennamine.az xəbər portalı.