vetennamine.az – ın şimal bölgə müxbiri xəbər verir ki, 07 dekabr 2022-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzi və S.Zulfuqarov adına şəhər 3 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Mərkəzdə tədbir keçirilmişdir.Tədbirdə Mərkəzin kollektivi , məktəbin müəllim və şagirdləri ÇŞDTMQ-nun əməkdaşı Günay Atayeva və digər rayon ümumtəhsil müəssisələrinin müəllim və şagirdləri də iştirak etmişdir.Tədbiri giriş sözü ilə Mərkəzin direktoru Təvəkgül Əliyev açmış ,sonra qonaqlar-Gunay Atayeva və Günel İslamova çıxış etmişdir. Daha sonra 3 saylı məktəb şagirdlərinin şer kompazisyasi ilə tədbir davam etmiş ,sonda Ulu öndərin həyat və fəaliyyətini əks etdirən qısa film nümayiş olunmuşdur.
Atayeva Günay