Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, agentliyin Əlilliyi olan şəxslərin Peşə Əmək Reabilitasiyası Mərkəzində onlar üçün müxtəlif peşələr üzrə kurslar təşkil olunub. Bir qrupu artıq kursları bitirərək müvafiq peşə şəhadətnamələri alıblar. Digərlərinin peşə-reabilitasiya kursları davam edir.
Peşə kursu keçən müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdən 7 nəfəri qardaş Türkiyədə əlilliyi olan şəxslər üçün təşkil olunan peşə dərnəklərində təcrübə kurslarında da iştirak ediblər. Müharibə ilə əlaqədar əlilliyi olan daha 2 müdavimin də gələn ay Türkiyəyə təcrübə kursuna göndərilməsi nəzərdə tutulub.
Mərkəzə qəbul olunanlar peşə təlimində olduqları müddətdə burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.
Vətən Naminə Mətbuat Xidməti