1975-ci ildə Lənkəran şəhər internat məktəbinə daxil olub. 7-ci sinifi bitirdikdən sonra Bakıya Cəmşid Naxçıvanski adına hərbi liseyə gəlib və beləliklə bu macəra yolu başlayıb. 1985-ci ildə Ukraynada Kamenetsk-Podolsk şəhərində Ali Hərbi Mühəndis Komandanlıq Məktəbinə daxil olub. Məktəbi bitirdikdə «Lеytеnаnt» hərbi rütbəsini alaraq SSRİ Müdafiə Nazirinin əmrinə əsasən хidmətini dаvаm еtdirmək üçün Almaniya Demokratik Respublikasının ərazisində yerləşən Qərb Qoşun Qruplaşmasına göndərilib.
1989-cu ilin avqust ayndan 1991-ci ilin mart ayınadək Qərb Qoşun Qruplaşmasının tərkibindəki 2-ci Tank Ordusunun 207-ci motoatıcı diviziyasının əlahiddə mühəndis istehkam taborunun mühəndis kəşfiyyat tağımının komandiri, 1991-ci ilin mart ayından 1992-ci ilin may ayınadək Kamenetsk-Podolsk Аli Hərbi mühəndis Kоmаndаnlıq məktəbində kursant tağımının komandiri vəzifəsində xidmət edib.
1992-ci ildə keçmiş SSRİ-nin müxtəlif yerlərində xidmət edən minlərləAzərbacanlı zabit kimi vətənin harayına səs verərək 1992-ci ilin iyun ayından xidmətini Azərbaycan Silahlı Qüvvələri sıralarında davam etdirib.
26 il orduda xidmət edən polkovnik Rahim Əliyev 2018-ci il yanvar ayının 20-də döyüş tapşırığını yerinə yetirərkən şəhid oldu. Əslində Rahim o gün şəhid olmamışdı. Rahim 1992-ci ildən Azərbaycan ordusunda xidmət edirdi. Birinci Qarabağ müharibəsində, ayrı-ayrı vaxtlarda cəbhə bölgələrində, Lələ təpə döyüşlərində həyatını parça-parça fəda etmişdi vətən torpaqlarına…
1992-1994-cü illərdə Nsаylı hərbi hissənin tərkibində cəbhənin Аğdаm, Qubadlı, Kəlbəcər, Ağdərə, Füzuli rayonları uğrunda gedən döyüşlərdə iştirak еdib. Ağdamın Cəvahirli kəndində istehkamçılar üçün təlim yeri yaradıb.
Ağdam… Ağdam ürəyində yara idi Rahimin. Heç cür qaysaq tutmayan yara…
Atəşkəs imzalandıqdan sonra Nsaylı hərbi hissənin Sanqaçal qəsəbəsindəyerləşməsini təşkil edib.Bakı şəhərində xidmət edərkən həmişə cəbhə bölgəsində xidmət etməyə çalışıb.
Rahimə 23.07.1989-cu il tаriхdə «lеytеnаnt», 24.07.1991-ci il tаriхdə «bаş lеytеnаnt», 09.05.1993-cü il tаriхdə «kаpitаn», 23.09.1994-cü il tаriхdə «mаyоr», 27.09.1998-ci il tаriхdə «pоlkоvnik-lеytеnаnt», 24.06.2014-cü il tarixdə «pоlkоvnik» hərbi rütbələri vеrilmişdir.
Rahim Azərbaycan ordusunun ilk mühəndis-istehkamçılarından biri olub. “Batalyonun ən savadlı və ən etibarlı zabitlərindən idi”deyirlər döyüş yoldaşları… Ağdərədən tutmuş Füzuliyə qədər neçə-neçə əməliyyatlarda iştirak edib, ölümün pəncəsindən sağ çıxmışdı. İllər sonra Lələtəpə döyüşlərində iştirak etdi və bu döyüşlərdən sonra Rahim çox dəyişmişdi. Soruşanda deyirdi ki, 92-də mən gənc idim, ancaq indi o döyüşdə həlak olan gənclərin həyatını itirdiyini görmək çox çətindi. Heyif oldu gül kimi balalar deyirdi. Və bu fikirlər onu öz həyatı bahasına ərsəyə gətirməyə çalışdığı silahı düzəltməyə vadar etdi. Həm də ola biləcəklərə hazırlayırdı. Onun ixtisası təhlükəli idi. Həmişə deyirdi ki, “Biz hərbiçilər ölümü qucağımızda gəzdiririk”.
2018-ci il 20 Yanvar tarixində ordumuz tərəfindən aparılan döyüş tapşırığını yerinə yetirən zaman, silah yoldaşlarını xilas etmək üçün partlayan döyüş sürsatınaözünü sipər edərək Şəhid oldu.
Hər qarışını əziz bildiyi, canından daha çox sevdiyi Azərbaycan uğrunda həyatını fəda etdi.
Rahim ixtisasının bilicisi idi. Orduda istehkamın Dədə Qorqudu, atası deyirdilər Ona. Hətta gecənin bir yarısı zəng edib hansısa minanın, hansısa detalını soruşurdu bəzən gənc istehkamçılar. Rahim həm də,müəllim idi vəyetişdirmələrini hər an müdafiə edən, onlara qol-qanad verənmüəllim.
Bu gün onun yetişdirdiyi və silahdaşı olan zabitlər Azərbaycan ordusu sıralarında xidmət edir.
Rahim təbiəti çox sevirdi. Şəhərin qələbəliyi onu sıxırdı. Pensiyaya çıxanda doğma Lənkərana getməyin xəyalını qururdu. Lənkəran onun üçün həm də Həzi Aslanov idi. Sovet ittifaqı qəhrəmanı, general Həzi Aslanovla həmyerli olması ilə qürur duyurdu.
Rahim Qarabağlı deyildi, ancaq həmişə deyirdi ki, Qarabağ necə gözəldir. İsveçrənin təbiətinə gözəl deyənlər Qarabağı görməyənlərdir.
Rahim romantik idi, incə ruhlu insan idi. Lələ təpə döyüşlərindən sonra bir gün bir şəkil göndərmişdi evə, yerdə uzanıb xarı bülbülə baxarkən.. Uşaq kimisevincək…
Azərbaycanı çox sevirdi. İnsanları sevirdi. Heç tanımadığı insanların problemini hiss edirdi, kömək etməyə çalışırdı. N saylı hərbi hissədəxidmət edərkən Tovuzun Əlibəyli kəndində insanların körpüsüzlükdən necə əziyyət çəkdiklərini görmüşdü. Xüsusilə yazqabağı dağların qarı əriyəndə kənd əhalisi bir tərəfdən o biri tərəfə keçə bilmirdi. Uşaqlar məktəbə gedə bilmirdi. Orda çox çətinliklə körpü tikdi.Onun məsuliyyətində olmasa da zabit və əsgərlərlə çalışıb tikdikləri körpüdən keçən kənd əhalisi böyük minnətlə xatırlayır Rahimi.
Mən əminəm ki, o körpü ikinci qarabağ müharibəsinə gedən yollara da körpü oldu.
Beyləqanda xidmət edərkən çəkdiyi yollar Qarabağa apardı Azərbaycan ordusunu. Bakıda rahat iş otağında oturan insan üçün o yolların mənası olmaya bilər. ancaq o bölgədə xidmət edən əsgər və zabitlər o dolambac yolların dəyərini anlayır.
İşini sevdiyi kimi ailəsini, uşaqlarını da sevirdi. Rahim gördüyü işlərini, yetişdirdiyi istehkamcı zabitlərini və çox sevdiyi uşaqlarını əmanət etdi Azərbaycana.
Azərbaycanın ordu quruculuğunda çox böyük xidmətləri olduğu üçün Rahim xidmət həyatında istər ordu rəhbərliyi, istərsə də ölkə rəhbərliyi tərəfindən müxtəlif tarixlərdə müxtəlif təltiflərə layiq görülmüşdü. 2003-cü ildə «Qüsursuz хidmətə görə» 3-cü dərəcəli, «Аzərbаycаn Silаhlı Qüvvələrinin yаrаnmаsının 10 illiyi yubilеyi», 2008-ci ildə «Аzərbаycаn Silаhlı Qüvvələrinin yаrаnmаsının 90 illiyi yubileyi», 2009-ci ildə «İgidliyə görə», «Qüsursuz xidmətə görə» 2-ci dərəcəli, 2011-ci ildə «Аzərbаycаn Respublikası Silаhlı Qüvvələri veteranı», 2012-ci ildə «Qüsursuz xidmətə görə» 1-ci dərəcəli, 2013-cü ildə «Аzərbаycаn Silаhlı Qüvvələrinin yаrаnmаsının 95 illiyi yubileyi» mеdаllаrı ilə təltif оlunub.
Sağlığında “İgidliyə görə” medalı ilə təltif edilən Rahim, Aprel döyüşləri ndə fəal iştirakına görə Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif edilmişdi.