Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Şahdağ Milli Parkı ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi, biomüxtəlifliyin, o cümlədən nadir və nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin qorunub saxlanılması və ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə İsmayıllı, Quba, Qusar, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 8 dekabr tarixli Sərəncamına uyğun olaraq yaradılmışdır.
Qeyd edək ki, zəngin təbii landşafta, unikal ekosistemə malik olan Şahdağ Milli Parkında bu gün açıq qapı günü keçiriləcək.
Hər kəsi yüksək zirvələri, füsunkar gölləri və şəlalələri ilə göz oxşayan milli parkı ziyarət etməyə dəvət edirik.
Vətən Naminə Mətbuat Xidməti