Bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Bu gün 20 Yanvar faciəsinin 33-cü ildönümüdür. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Azərbaycan xalqı 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur.