Britaniya səfiri mina təmizləyənlərlə görüşüb


Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərə səfər edib. Vetennamine.az xəbər verir ki, bu barədə səfir tvitterdə yazıb.
“Böyük Britaniyanın “RPS” şirkətinin minatəmizləmə işlərində ANAMA-ya dəstək verdiyini görmək üçün Tərtərə gözəl səfər etdim. Cəsur azərbaycanlı mina təmizləyənlərlə görüşməkdən şərəf duydum”, – diplomat qeyd edib.