“Böyük zəfərin başlanğıcı” adlı tədbir keçirilib

Aprel döyüşlərinin 6 illiyi ilə əlaqədar Astara rayonunda “Böyük zəfərin başlanğıcı”adlı tədbir keçirilib.

Tədbirdə, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Astara rayon filialının sədri Əliyev Orxan, Astara rayon icra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və Şəhid ailələri ilə iş üzrə şöbəsinin müdiri Turan müəllim, Astara rayon Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının sədri Rafiq Əliyev və digər ictimaiyyət nümayəndələr iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Aprel döyüşləri şəhidi Pəncəli Nurməmməd oğlu Teymurovun ailəsinə baş çəkib, şəhidin ev muzeyində olublar, daha sonra şəhidin məzarını ziyarət ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.