Böyük Britaniyanın Müdafiə Nazirliyi kvant hesablamalarından istifadə etməyə başlayır

İngiltərə Müdafiə Nazirliyi texnologiya şirkəti Orca Bilişim ilə əməkdaşlıq nəticəsində nazirlikdə kvant kompüterlərindən istifadə etməyə başlayıb. Böyük Britaniya hökumətində bu tip kompüter ilk dəfə istifadə olunur. Nazirlik ölkənin müdafiə strategiyasında kvant texnologiyasının imkanlarını araşdırmağı qarşısına məqsəd qoyub. Kvant hesablama texnologiyası gündəlik həyatımızda istifadə etdiyimiz kompüterlərdən çox fərqlidir. Nəzəri olaraq, gələcəkdə istifadə oluna biləcək kvant kompüterləri mürəkkəb verilənləri və milyardlarla kombinasiyanı adi kompüterlərin deşifrə etməkdə çətinlik çəkdiyi və bəzən heç deşifrə edə bilməyəcəyindən çox daha sürətli həll edə biləcək.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.