Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüş zamanı BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 28-ci sessiyasına (COP 28) hazırlıq məsələləri, su ehtiyatlarından səmərəli istifadə sahəsində birgə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb və gələcək perspektivlər müzakirə edilib.

Vətən Naminə Mətbuat Xidməti