Bu məqalədə sizləri Böyük Britaniyada mövcud olan bakalavr təhsili ilə tanış etməyə çalışacam. Böyük Britaniyada İngilis bakalavr dərəcəsinin tamamlanması adətən üç il çəkir və əksəriyyəti fərqlənmə diplomu ilə verilir. Birinci dərəcə nümunələri bunlardır: BA (İncəsənət bakalavrı), BEng (mühəndislik bakalavrı) və BSc (elmlər bakalavrı).
Dövlət kollecləri dərəcə proqramının birinci və bəzən ikinci ilindən azad olan təxminən 2 illik peşə diplomları təklif edir. Bəzi özəl repetitor kollecləri universitetin 1-ci ilinə bərabər olan bir illik diplom proqramı təklif edir. Bəzi universitetlərdə 1 illik diplom alan tələbələrə ikinci kursa qəbul verilir.
Aris Məmmədov
Vətən Naminə mətbuat xidməti













