Hər ölkənin əvvəldən qoruyub saxlanılan toy adət- ənənəsi var. Lakin məncə bu ailələrin sərbəst seçimi olmalıdır.Bəzən bu belə olmur əksinə insanlar özlərinin missiyası kimi qəbul edor və toy etməyə məcbur olduqlarını düşünürlər.Bu düşüncə insanların beynindən silinsə idi çox daha faydaları olardı cəmiyyət üçün. Hərkəsin maraqları , əyləncə anlayışı fərqli olduğu kimi toy mərasimi haqqında fikirlərin də fərqli olması olduqca normal haldır.Bu dəfə Bosniya və Herseqovinada bu işlər necə irəliləyir gəlin qısa da olsa nəzər salaq. Bosniya və Herseqovinada nikah yaşında qız istəyən bəy namizəd qız evində şam yeməyinə dəvət olunur və ailənin böyükləri evlilikdən danışırlar. Qızın ailəsinin böyükləri bəyin namizədi ilə bağlı qərar verdikdən sonra kofe verilir. Şəkərli qəhvə bəyin evlilik üçün münasib hesab edilməsi, qara qəhvə isə bəyin rədd edilməsi deməkdir.
Həlimə Əliyeva
Veten Namine Mətbuat Xidməti













