VETENNAMİNE.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə təşkilatın rəsmi ofisinin yaydığı bəyanatda deyilir.
“Baş katib İranın Kirman şəhərində anım mərasimi zamanı 100-dən çox insanın ölümü və çoxlu sayda insanın yaralanması ilə nəticələnən bugünkü hücumu qətiyyətlə pisləyir”, – deyə bəyanatda bildirilir.
A.Quterreş cinayətkarların tezliklə məsuliyyətə cəlb olunacağına inamını ifadə edib və həlak olanların ailələrinə, İran xalqına və hökumətinə başsağlığı verib, həmçinin yaralıların tezliklə sağalmasını arzulayıb.
Vətən Naminə Mətbuat Xidməti