• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

28 Oktyabr 2023
Biləsuvarda şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi

Biləsuvarda şəhid Ziyarət Mail oğlu Hüseynovun doğum günündə xatirəsi yad edildi

15 May 2025
Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

Biləsuvarda Birinci Qarabağ müharibəsi şəhidinin anım günündə xatirəsi yad edildi

14 May 2025
Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

Biləsuvar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib

14 May 2025
Faşizm üzərində Qələbənin 80 illiyi Mehdi Hüseynzadə abidəsi önündə qeyd olundu

Faşizm üzərində Qələbənin 80 illiyi Mehdi Hüseynzadə abidəsi önündə qeyd olundu

09 May 2025
Faşizm Üzərində Qələbənin 80 illiyi münasibətilə Ukrayna Səfirliyində Anım Tədbiri keçirildi

Faşizm Üzərində Qələbənin 80 illiyi münasibətilə Ukrayna Səfirliyində Anım Tədbiri keçirildi

08 May 2025
Ümummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub

Ümummilli liderin 102-ci ildönümü Türkiyədə qeyd olunub

06 May 2025
Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

Bu gündən xəstəlik vərəqələri e-sənəd kimi hazırlanacaq və işçiyə müvafiq müavinətlərin təyinatı üçün əsas olacaq

02 May 2025
Biləsuvarda Şəhidlərin xatirəsi yad edildi

Biləsuvarda Şəhidlərin xatirəsi yad edildi

02 May 2025
Şəhidlərimizin “Anım günü” keçirildi

Şəhidlərimizin “Anım günü” keçirildi

30 Aprel 2025
Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub

Şəhid,leytenant Nuriyev Arif Ələskər oğlunun doğum günü qeyd olunub

26 Aprel 2025
Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Şəhid Ceyhun Nazim oğlu Gözəlzadənin doğum günündə xatirəsi yad edildi

30 Aprel 2025
Biləsuvarda  Şəhid Sübhan Arif oğlu Əbilzadənin  doğum günündə xatirəsi yad edildi

Biləsuvarda Şəhid Sübhan Arif oğlu Əbilzadənin doğum günündə xatirəsi yad edildi

24 Aprel 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Cümə, May 16, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Sosial

BMT Gününə həsr olunan “Güvən yürüşu” keçirilib

BMT-nin Rezident Əlaqələndiricisinin Ofisi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və YARAT Müasir İncəsənət Məkanı ilə birlikdə BMT Gününə həsr olunmuş “Güvən yürüşü” təşkil edib.

Yazar Mətbuat Xidməti
28 Oktyabr 2023
Kateqoriya Sosial
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, əlilliyi olan şəxslərin iştirakı ilə Bakı Dənizkənarı Bulvarda keçirilən “Güvən yürüşü”nün məqsədi cəmiyyətdə inklüzivliyin və bərabərliyin vacibliyini vurğulamaqdır.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva tədbirin əhəmiyyətindən danışarkən qeyd edib ki, BMT öz tərəfdaşları ilə birlikdə Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olmaq üçün çalışır. BMT Gününə həsr olunmuş “Güvən yürüşü” inklüziv və bərabər cəmiyyətlərin qurulması məqsədi üçün çalışan qurumları və fərdləri bir araya gətirib.

“BMT-nin əsasını qoymuş, sülh, dayanıqlı inkişaf və hər kəs üçün insan hüquqları naminə dəyər və prinsipləri özündə ehtiva edən BMT Nizamnaməsinin qəbul olunmasından 78 il il ötür və bu təsis sənədi bizim fəaliyyıtimiz üçün böyük əhəmiyyət kəsb edir. Bu gün biz tərəfdaşlarımızla, o cümlədən əlilliyi olan şəxslərlə birlikdə inklüziv cəmiyyətin əhəmiyyəti və BMT-nin heç kəsi kənarda qoymamaqla bağlı qlobal vədi haqqında mesaj veririk. Biz inanırıq ki, fərqliliklərimiz bizi bütövlükdə daha güclü edir”, deyə Vladanka Andreeva bildirib.

Tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, həmçinin digər bir sıra dövlət qurumlarının, diplomatik korpusların, beynəlxalq təşkilatların rəhbərləri və könüllüləri iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkəmizdə əlilliyi olan şəxslərin sosial müdafiəsi, reabilitasiya və sosial inteqrasiya imkanlarının artırılması üçün atılan mühüm addımları diqqətə çatdırıb. O, iki il əvvəl açılışı olan, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan şəxslərin yaradıcı potensialının inkişaf etdirilməsində önəmli rolunu vurğulayıb. Nazir bildirib ki, bu sahədə aparılan işlər “Əlillik qüsur deyil” fəlsəfəsinə əsaslanır. Həmin Mərkəzdə təlimlərə cəlb olunaraq yaradıcı bacarıqlarını uğurla nümayiş etdirən əlilliyi olan şəxslər də bir daha təsdiq edirlər ki, doğurdan da əlillik yaradıcılıqla məşğul olmaq, yaratmaq, uğurlara nail olmaq üçün məhdudiyyət deyil.

S.Babayev son illər əlilliyi olan şəxslərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işlərini, əlilliyin müəyyən edilməsi sahəsində ötən il Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə hazırlanmış yeni meyarların tətbiqinə başlandığını qeyd edib. O, son beş ildə dövlət başçısının tapşırıqları ilə əlilliyi olan şəxslər üçün sosial ödənişlərin 5 dəfəyə yaxın artırıldığını, müasir reabilitasiya sisteminin yaradıldığını və yeni reabilitasiya mərkəzlərinin açıldığını, illik reabilitasiya xidməti ilə təmin olunanların sayının 60 minə çatdırıldığını bildirib. Ötən dövrdə xüsusi kateqoriyalara aid əlilliyi olan şəxslərə və şəhid ailələrinə 14 min mənzil və fərdi ev verildiyini, həmin əlilliyi olan şəxslərin avtomobillə təminatı sahəsində də görülən işləri diqqətə çatdırıb.

Nazir əlilliyi olan şəxslərə dövlət tərəfindən verilən reabilitasiya vasitələri siyahısının son illər əhəmiyyətli dərəcədə genişləndiyini, ölkədə əlilliyi olan şəxslərin yüksək texnologiyalı son nəsil protezlərlə təminatının da həyata keçirildiyini bildirib. S.Babayev əlilliyi olan şəxslərin istedad və bacarıqlarının inkişafına dəstək məqsədi daşıyan yeni inklüziv mərkəzlərin də yaradılmaqda olduğunu, bu mərkəzlərin şəbəkəsinin bütün ölkə boyu genişləndiriləcəyini qeyd edib.

#heçkəskənardaqalmasın şüarı ilə “Suraxanı” gəmi-muzeyinin qarşısından başlayan yürüş YARAT Müasir İncəsənət Mərkəzində DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan benefisiarları və təlimçilərinin ifasında konsert proqramı ilə yekunlaşıb.

Vətən Naminə Mətbuat Xidməti

Etiketlər #axtarıs#dunya#dünyagörüşü#fm#media#məqalə#news#sosial#vətənnaminə#xəbər#xəbərlər#xəbərvaxtıKiber
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Məşğulluğa Dəstək Layihəsi üzrə daha 280 işsiz şəxs aktivlərlə təmin olunub

Növbəti xəbər

Peşələr Festivalına Quba rayonunda start verildi

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
  • #vətənnaminətv #turanadoğru #turanordusu #türkiyə #media 22 İyun 2023
  • #vətənnaminətv #şəhidlərölməzvətənbölünməz #gədəbəy #turanordusu #türkiyə 22 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.