Bir santimetr böyüklüyündə bakteriya aşkar edilib

İnsanın kirpik ölçüsü və forması qədər nəhəng bakteriya aşkar edilib. Thiomargarita magnifica adlanan bu bakteriya mikroskop ehtiyacı olmadan adi gözlə belə görünə bilər. Hazırda dünyanın ən böyük bakteriyası kimi təsnif edilən T. magnifica, Fransa Karib dənizində suyun altında basdırılmış çürüyən manqrov ağacı yarpaqlarında aşkar edilmişdir. Bildirilir ki, bu təkhüceyrəli orqanizm təhlükəli deyil və insanlarda xəstəlik törətmir. Lawrence Berkeley Milli Laboratoriyasının Birgə Genom İnstitutundan Jean-Marie Volland deyir: “Bu bakteriyalar əksər bakteriyalardan təxminən 5000 dəfə böyükdür. Perspektiv baxımından bu, biz insanlar üçün Everest dağı qədər hündür bir insanla qarşılaşmağa bərabərdir”. ABŞ.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.