Bir qrup Vətən müharibəsi qazisi ilə növbəti görüş oldu

Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyində Agentliyin sədri Anar Bayramov və Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirakı ilə bir qrup  Vətən müharibəsi qazisi ilə görüş olub.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Görüşdə iştirak edən Vətən müharibəsi qaziləri ölkədə müharibə veteranları ilə bağlı ardıcıl həyata keçirilən sosial dəstək tədbirlərinin ümumən ictimaiyyət tərəfindən razılıqla qarşılandığını ifadə ediblər.

44 günlük Vətən müharibəsi iştirakçılarının sosial dəstəklə təmin olunması, həmçinin döyüşlərdə yaralanmış hərbçilərin əlilliyinin qiymətləndirilməsi üçün aparılan işlər diqqətə çatdırılıb.

A.Bayramov müharibədən sonra elə ilk günlərdən bu istiqamətdə işlərə başlandığını, döyüşlərdə yaralanmış qazilərin evlərində və xəstəxanalarda ziyarət olunaraq, ilkin müayinələr, qeydlər aparıldığını deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.