Bioetika etikanın bir bölməsi olub insanla müxtəlif canlı varlıqlar arasındakı münasibət sahələrini göstərir. Etika sözü insanın ətraf mühitə olan məsuliyyəti ilə təyin olunur. Beləliklə bioetika insanın başqalarına münasibətdə davranışı haqqında olan biliklərin cəmidir. Etikanın insan davranışının qədim adətlərinə aid olan fəlsəfi mənası da vardır.
Bioetika nəzəriyyəsi çox da uzaq olmayan, yəni bir neçə on il bundan əvvəl meydana çıxmışdır. Bir sıra ölkələrdə bioetika ilə bağlı mərkəzlər vardır. Məsələn, Avropa Şurasında Bioetika Komitəsi işləyir.
Bioetika anlayışı 1960-cı illərdə elmə daxil edilmiş və çox sürətlə hər tərəfə yayılmışdır. O vaxtlar da indiki kimi bu nəzəriyyə mübahisələr doğururdu. Bioetika elmlərin qarşılıqlı təsirinə gətirən, yaxud yeni mənəvi fəlsəfi forma kimi yeni elmi fənndir, problemlərin mürəkkəb kompleksidir. Bioetikanın yaranmasının əsas səbəblərindən biri biologiyanın inkişafı, onun tibbə və insanı öyrənən elmi komplekslərə təsiri ilə bağlıdır.
Bioetikanın formalaşması hər şeydən əvvəl müasir tibbin texnoloji olaraq daha çox silahlanması, tibbi-kliniki praktikaya kardinal yaxınlaşma ilə əlaqədar olan köklü dəyişkənliklərlə əlaqədardır. Bunlar öz əksini gen mühəndisliyi, orqanların köçürülməsi, biotexnologiya, xəstənin həyatının saxlanmasında əldə olunan müvəffəqiyyətlərdə tapmışdır. Bütün bu proseslər nəzərə çarpmadan həkimin, xəstənin qohumlarının, tibbi personalın qarşısında duran mənəvi problemləri çətinləşdirir.
Bioetika terminini 1969-cu ildə V.R. Potter təklif etmişdir. Onun şərhi isə müxtəlif cinslidir. Bioetika elmi tədqiqatlar nəticəsində meydana çıxan mənəvi problemlərin həllində, yaxud da əsaslandırılmasında müasir biologiyanın nailiyyətləri ilə istiqamətlənir.
XX əsrin əvvəllərində məşhur rus inqilabçısı P.A. Kropatkin alturizm etikasını işləyib hazırlamışdır. Onun fikrincə etikanı elmi şəkildə əsaslandırmaq lazımdır. Yəni təbiətşünaslıq, Darvinin təkamül təlimi əsasında qurmaq lazımdır.
XX əsrin 40-cı illərində məşhur sovet bioloqu D.P. Filatov Davranış norması, yaxud təbii-tarixi nöqteyi-nəzərdən mənəviyyatı adlı elmı əsər yazır. O etikanı etologiya və təkamül təlimi ilə əlaqələndirir.Filatov belə bir fikir söyləyir ki, insan təkamülünün birinci fazalarında heyvanlar aləmindən müdafiə davranışı formaları irsən keçir ki, bunlar da davranışın eqoistik-instinktiv başlanğıcıdır. Bu heyvanlar aləmində ilk eqoizmdir. Bu faza insan təkamülündə təsiri sonralar zəifləyən təbii seçmə qanunlarına tabedir.
Nigar Həziyeva
Vətən Naminə Mətbuat Xidməti