Ziyarətdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, YAP Biləsuvar rayon təşkilatının sədr müavini Aqşin Qasımov, Deputatın köməkçisi Əfsun Əlizadə iştirak etdilər. Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək yaxınlarına baş sağlığı vermişlər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Mərdiyev Xudayar Əsgər oğlu 3 iyun 1973-cü ildə Biləsuvar rayonunun Bəydili kəndində anadan olmuşdur. Biləsuvar rayon Bəydili kənd tam orta məktəbində təhsil almış və 1994-cü ilin yanvarında Biləsuvar rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda sücaətlə vuruşmuş və cəbhənin Kəlbəcər istiqamətində ağır döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 12 fevral 1994-cü ildə Bəydili kənd qəbiristanlığında dəfn olunmuşdur.
Allah şəhidlərimizə rəhmət eləsin!