VETENNAMİNE.AZ xəbər verir ki, Biləsuvar rayonunda Azərbaycan Ordusunun 1-ci Qarabağ Müharibəsində itkin düşən döyüşçüsü, şəhid Babaşov Əhməd Tahir oğlunun 40 mərasimi keçirilib.
Mərasimdə iştirak edən Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, QMƏVŞA İB Biləsuvar rayon filialnın sədri Bəhruz Əliyev, şəhid valideynləri, qazilər, ictimaiyyətin nümayəndələri və kənd sakinləri şəhidin ata ocağını ziyarət edərək, yaxınları ilə görüşüblər.
Mərasimdə bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Qeyd edək ki, Əhmədov Babaş – 1974-cü il yanvar ayının 1-də Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. O, 1993-cü ildə Füzuli rayonu istiqamətində hərbi əməliyyatlarda iştirak edib və 1993-cü ilin avqustun 31-də Füzuli rayonunun Kürdmahmudlu kəndu uğrunda gedən döyüşlərdə itkin düşüb. Şəhidin cəsədinin qalıqları 30 ildən sonra Xocavənd rayonunun Edilli kəndində aşkar olunan kütləvi məzarlıqda tapılıb və 02 sentyabr 2023-cü il tarixdə doğulduğu Bağbanlar kəndinə gətirilərək dəfn olunub.
Allah Şəhidlərimizə Rəhmət Etsin!