VETENNAMİNE.AZ saytının Biləsuvar rayonu üzrə müxbiri xəbər verir ki, Biləsuvarda Əfsanəvi döyüşçü Natiq Qasımova həsr olunan “OĞUL” filmi nümayiş olunub.
01 dekabr 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Biləsuvar rayon İcra Hamkimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Oğul” sənədli filmi nümayiş olundu.
VETENNAMİNE.AZ xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Şahin Şahbazov, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Hüquq mühafizə orqanlarının rəhbərləri, QMƏVŞA İB Biləisuvar rayon filialının sədri Bəhruz Əliyev, şəhid ailələri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Film öncəsi Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin müdiri Şahin Şahbazov çıxış edərək film haqqında öz təəssüratlarını bildirdi.
Qeyd edək ki, Azərbaycan tarixinin daha bir qəhrəmanlıq səhifəsindən bəhs edən bu sənədli film riyakar erməni xislətini bir daha aşkara çıxarır. Filmdə birinci Qarabağ müharibəsi zamanı döyüşən Natiq Qasımovun qəhrəmanlığı nümayiş olunur.
Natiq Qasımov hərbi əməliyyatlar zamanı 6 döyüş yoldaşını itirdikdən sonra 5 gün ərzində təkbaşına müdafiə etdiyi Alban Kilsəsində mühasirədə qalır, ermənilərə müqavimət göstərərək təslim olmur. Ermənilər Natiqi Xocalıda girov götürülən 22 sakini öldürəcəkləri ilə təhdid etdikdən sonra cəsur döyüşçümüz təslim olmağına razılaşır. O hətta təslim olduqda belə Azərbaycan Bayrağını düşmənə vermir. Natiq Qasımov əsirlikdə olduğu müddətdə işgəncə ilə qətlə yetirilir.