Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin VETENNAMİNE.AZ saytına verdiyi məlumata əsasən, Biləsuvar rayonunda Müqəddəs Ramazan ayı münasibəti ilə iftar süfrəsi təşkil olunub.
Biləsuvar Rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan iftar mərasimində Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbatov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, YAP-ın Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Şirvan-Salyan Regional Təhsil İdarəsinin rəisi Sənan Mənsimli, rayonun hüquq mühafizə orqanları , idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, aztəminatlı insanlar və din xadimləri iştirak ediblər.
Mərasimdə iştirak edən rayonun icra başçısı Faiq Qürbətov və Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edərək Müqəddəs Ramazan bayramı münasibəti ilə biləsuvarlıları təbrik edərək bildiriblər ki, Ramazan ayı həmrəylik, dostluq, mərhəmət, ruzi ayıdır və bu ayda iftar süfrələri təşkil edilməsi ölkəmizdə gözəl ənənəyə çevrilmişdir.
Tədbir iştirakçıları şəhid ailələri, qaziləri, müharibə iştirakçılarını təbrik edərək qeyd etdilər ki, onlar daimi prezidentimiz cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqətindədir.
Daha sonra din xadimləri Ramazan ayının fəzilətləri barədə söhbət açaraq, müqəddəs Ramazan ayında şəhidlərimizin ailələrinə, qazilərimizə, müharibə iştirakçılarımıza, dövlət başçımıza, ailəsinə və millətimizə uca Allahdan dualar diləyiblər.
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti