ZiyarətdəAzərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Deputatın köməkçisi Əfsun Əlizadə və ictimaiyyət nümayəndələri iştirak etdilər.Ziyarətçilər şəhidimizin keçdiyi döyüş yolundan, göstərdiyi xidmətindən və şücaətindən bəhs edərək anasına baş sağlığı diləklərini çatdırdılar.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olmuş Şaiq Tahir oğlu Kəlbiyev 18 iyul 1971-ci ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 1978–1989-cu illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil almış, daha sonra təhsilini peşə liseyində davam etdirmişdir. Sovet ittifaqı silahlı qüvvələr sıralarında hərbi xidməti başa vurduqdan sonra ata yurduna qayıtmışdır. Müharibə dövründə yenidən ordu sıralarına könüllü olaraq qayıtmaq üçün aidiyyatı üzrə müraciət etmiş və 1993-ci ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. Ağdam rayonunun Mərzili kəndi uğrunda gedən döyüşlərdə böyük rəşadət göstərərək qəhrəmancasına şəhid olmuşdur. 12 iyun 1993-cü ildə Aşağı Cürəli kənd qəbristanlığında dəfn olunmuşdur. Ölümündən sonra, 24 iyun 2003-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən döyüşdə göstərdiyi şücaətlərə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Hazırda Biləsuvar şəhərinin küçələrindən biri “Azərbaycan Bayrağı” ordenli şəhid Şaiq Tahir oğlu Kəlbiyevin adını daşıyır.
Allah şəhidlərimizə rəhmət eləsin!