VETENNAMİNE.AZ saytının cənub regionu üzrə bölgə müxbirinin verdiyi məlumata əsasən, anım tədbirində Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Deputatın köməkçisi Əfsun Əlizadə, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinin rəisinin müavini, mayor Vasif Rzayev, şəhid valideynləri, qazilər, kənd sakinləri iştirak etdilər.
Məlumat üçün qeyd edək ki, Azərbaycan ordusunun giziri olmuş şəhid Həsənli Telman Rafiq oğlu 03 mart 1998-ci ildə Biləsuvar rayonunun Bağbanlar kəndində anadan olub. 2018-ci ildə həqiqi hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarından ayrılmayaraq, gizirlik kursunu oxuyur. Gizirlik məktəbini başa vurduqdan sonra, düşmənə yaxın təmas rayonlarda vətənə min bir həvəslə xidmət etməyə başlayır.
Vətən müharibəsi başlayanda Füzulinin, Xocavəndin və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xudafərinin alınması zamanı gedən qanlı döyüşlərdə rəşadət göstərərək qəhrəmancasına şəhid olub. Şəhid Telman Həsənli doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Müzəffər Ali Baş Komandan tərəfindən şəhid gizir Həsənli Telman Rafiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Allah Şəhidlərimizə Rəhmət Etsin!

Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev













