Bələdiyyədən verilən məlumata görə, “Suveren Azərbaycanın müstəqil övladları” mövzusunda baş tutan tədbirdə şəhid və qazi ailələrinin övladları, aztəminatlı ailələrdən olan uşaqlar, həmçinin Biləcəri qəsəbəsində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin şagirdləri olmaqla ümumilikdə 50-yə yaxın uşaq iştirak edib.
Tədbir çərçivəsində uşaqlar buz meydançasında könüllü buzüstü sürüşçülərin müşayiəti ilə vaxt keçirib, müxtəlif oyun və əyləncə növlərində iştirak edərək xoş anlar yaşayıblar.
Sonda Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Fərid Cəfərov tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib, uşaqları bayram münasibətilə təbrik edib və onlara xoş arzularını çatdırıb.