VETENNAMİNE.AZ saytının cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyevin verdiyi məlumata əsasən, mərasimdə Biləsuvar rayon İcra Hakimiyyətinin şöbə müdiri Bəhruz Mirzəzadə, Milli Məclisin deputatının köməkçisi Əfsun Əlizadə, YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, SHXÇDX-nin Biləsuvar rayon şöbəsinini əməkdaşları, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, Şəhid valideynləri, qazilər iştirak etdilər.
Ziyarətçilər şəhidlərimizin keçdiyi döyüş yollarından, göstərdiyi xidmətlərindən və şücaətlərindən bəhs edərək baş sağlığı diləklərini çatdırdılar.
Daha sonra kənd qəbiristanlıqlarında şəhidlərin məzarları ziyarət olundu, ruhlarına dualar oxundu.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusununu əsgəri olmuş Quliyev Tacəddin Allahverdi oğlu 7 sentyabr 1975-ci ildə Biləsuvar rayonununTəzəkənd kəndində anadan oluub, 8 oktyabr 1993-cü ildə Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 27 aprel 1994-cü ildə Təzəkənd kənd qəbiristanlığında dəfn olunmuşdur.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının MAHHXHQ-su olmuş Qurbanov Ruslan Üzeyir oğlu 7 sentyabr 1991-ci ildə Biləsuvar rayonunun Ağalıkənd kəndində anadan olub. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan 2-ci Qarabağ Müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Murovdağ yüksəkliyində şəhid olmuşdur. Müzəffər Ali Baş Komandan tərəfindən Qurbanov Ruslan Üzeyir oğlu ölümündən sonra “Vətən Uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Şəhid Quliyev Tacəddin Allahverdi oğlu və Qurbanov Ruslan Üzeyir oğlunun adları əbədiləşdirilərək böyüyüb boya-başa çatdıqları kəndlərin küçələrindən birinə verilmişdir.
Allah Rəhmət Etsin!
Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev
Vətən Naminə Mətbuat Xidməti