HomeBütün XəbərlərBiləsuvarda şəhid Nəbiyev Yaşar Hidayət oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Nəbiyev Yaşar Hidayət oğlunun anım günü qeyd olundu

Biləsuvarda şəhid Nəbiyev Yaşar Hidayət oğlunun anım günü qeyd olundu

04 may 2019-cu il tarixdə Biləsuvar rayonunun Nəsimikənd kəndində şəhid Nəbiyev Yaşar Hidayət oğlunun anım günü ilə əlaqədar doğulduğu evə baş çəkildi, məzarı ziyarət olundu.

Görüşdə Biləsuvar rayon icra hakimiyyəti başçısı aparatının məsul işçisi Məhərrəm Qurbanov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, kənd icra nümayəndəsi və şəhidin yaxınları iştirak etdilər.

Ziyarət zamanı şəhidin həyat və döyüş yolundan söhbət açdılar.

Şəhid Nəbiyev Yaşar Hidayət oğlu 10 noyabr 1973-cü ildə Biləsuvar rayonunun

Nəsimikənd kəndində anadan olmuşdur. 04 may 1993-cü ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Subay idi.

Şəhidin adı Nəsimikənd kənd Həkim Ambulatoriyasına verilmişdir.