Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, öz biznesini qurmaq istəyən işaxtaran və işsiz şəxslərin iştirakı ilə baş tutan görüşdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydaları barədə ətraflı məlumat verilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılara layihə və təqdim edilən biznes zərflər barədə məlumatların əks olunduğu çap materialları paylanıb.
Qeyd edək ki, “Məşğulluğa Dəstək Layihəsi” həssas qruplara aid 22 min işsiz şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik bizneslərinin yaradılmasına dəstək məqsədi daşıyır. Bu günədək layihə çərçivəsində 7 000-dək şəxsə aktivlər verilərək kiçik biznesləri qurulub.