HomeBütün XəbərlərBiləsuvar rayonunun İsmətli kəndində şəhid Qafarov Xanlar İsbat oğlunun doğum günü qeyd olundu

Biləsuvar rayonunun İsmətli kəndində şəhid Qafarov Xanlar İsbat oğlunun doğum günü qeyd olundu

Biləsuvar rayonunun İsmətli kəndində şəhid Qafarov Xanlar İsbat oğlunun doğum günü qeyd olundu

25 noyabr 2019-cu ildə Biləsuvar rayonunun İsmətli kəndində adını daşıdığı məktəbdə şəhid  Qafarov Xanlar İsbat oğlunun doğum günü ilə bağlı tədbir keçirilmişdir.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin rəisi polkovnik-leytenant Rizvan Sadıqov, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev və filialın üzvləri, şəhidin atası Qafarov İsbat, məktəbin müəllim və şagirdləri iştirak edirdilər.

Tədbirdə Azərbaycanin Dövlət Himni səsləndirilmiş, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.  İştirak edənlər şəhidin uşaqlıq illərindən, məktəbdə özünü  vətənpərvər gənc kimi tanıtdığından, döyüşlərdəki şücaətlərindən danışdılar. Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söylədilər.

Tədbirdə iştirak edən şəhidin atası İsbat Qafarov diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ailəsi adından minnətdarlığını bildirdi.

Qafarov Xanlar İsbat oğlu, 18 noyabr 1973-cü ildə Biləsuvar rayonunun İsmətli kəndində anadan olmuşdur. 1992-ci ildə İsmətli kənd tam orta məktəbini bitirmişdir. Həmin ili Biləsuvar rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

11 aprel 1993-cü ildə Zəngilan rayonunun Kollu kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Subay idi.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “İgidliyə Görə” medalı ilə təltif olunmuşdur.

Adı əbədiləşdirilərək təhsil aldığı İsmətli kənd tam orta məktəbinə verilmişdir.