Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin məsul işçisi Aqşin Kazımov, QMƏVŞA İB Biləsuvar rayon filialının sədri Bəhruz Əliyev, KOB-un Biləsuvar nümayəndəsi Elməddin Əliyev, layihəni həyata keçirən “Murad” Əlillər İctimai Birliyinin idarə heyətinin sədri Rəsmiyyə Səmədova, müharibə təbəqəsi olan qazilər, müharibə iştirakçıları, əhalinin həssas təbəqəsindən olan vətəndaşlar iştirak etdilər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Açılış nitqi ilə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin nüməyəndəsi Aqşin Kazımlı tədbir iştirakçılarını salamladıqdan sonra, rayonda görülən işlərdən, dövlətin icra etdiyi sosial-iqtisadi proqramlardan və layihələrdən, həmçinin “Murad” Əlillər İctimai Birliyinin icra etdiyi layihənin əhəmiyəti barədə öz fikirlərini bölüşüb.
Sonra “Həssas əhali qrupunun məşğulluğuna dəstək” adlı layihənin rəhbəri və “Murad” Əlillər İctimai Birliyinin idarə heyətinin sədri, Rəsmiyyə Səmədova çıxış edib. O, layihənin məqsədi, vəzifələri və əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. R.Səmədova cari layihə çərçivəsində 7 rayonda (Salyan, Şirvan, Sabirabad, Biləsuvar, Neftçala, Masallı və Lənkəran) məskunlaşan sosial baxımdan həssas əhali qrupun üzvlərini, yəni 105 nəfəri sosial sahibkarlıq (biznes) barədə maarifləndirməklə məşğulluğuna dəstək olmaq, həmçinin “Murad” Əlillər İctimai Birliyinin təqdim etdiyi xidmətlərdən necə faydalanmaq yolları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Tədbir, Arif Nəcimovun təqdimatında “Sosial sahibkarlıq (biznes)” mövzusunda çıxışı ilə davam edib. A.Nəcimov təlim iştirakçılarını “Sahibkarlıq ilə Sosial sahibkarlığın fərqli cəhətləri”, “Sosial sahibkarlığın (biznesin) həssas əhali qrupun məşğulluğuna təsiri”, “Sosial sahibkarlıq ilə sosial və ekoloji problemlərin həlli yolları”, “Xarici ölkələrin sosial sahibkarlıq təcrübəsi” və “Azərbaycanda sosial sahibkarlığın cari vəziyyəti ilə inkişaf etdirilməsi imkanları” mövzularında məlumatlandırıb. Tədbirin 1-ci hissəsi çıxışlarla yekunlaşıb.
Çay-kofe fasiləsindən sonra tədbirin 2-ci hissəsi təqdim olunmuş mövzular əsasında müzakirələrlə və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Biləsuvar rayon filialının Sədri, 2-ci qrup Qarabağ Qazisi Bəhruz Əliyev və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nəzdində fəaliyyət göstərən Biləsuvar rayonu üzrə Kiçik və Orta Biznesin Dostu (KOB Dostu) Elməddin Əliyev həssas əhali qrupu ilə iş təcrübələrindən, həmçinin icra etdikləri layihələr haqqında məlumat veriblər.
Tədbir, iştirakçıları maraqlandıran sualların cavablandırılması və “İştirakçı sertifikatı”nın təqdim olunması ilə yekunlaşıb.
Cari layihə iş planına uyğun olaraq digər seçilmiş rayonlarda da avqust ayına kimi davam edəcək.
Cənub regionu üzrə bölgə müxbiri Bəhruz Əliyev