Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, nazir Sahil Babayev son illərdə Azərbaycanda əmək bazarında əldə olunmuş müsbət dinamika, bu istiqamətdə həyata keçirilən məşğulluq tədbirləri, innovativ yeniliklər barədə məlumat verib.
İnflyasiyanın təsirlərinin azaldılması istiqamətində görülən işləri, xüsusilə həssas təbəqənin rifahına təsirlərin minimuma endirilməsi üçün islahatların həyata keçirildiyini diqqətə çatdırıb.
Bildirilib ki, təkcə son beş ildə 4 milyon nəfəri əhatə edən 4 sosial islahat paketi icra olunub, bu islahatlara illik 7 milyard manata yaxın əlavə dövlət vəsaiti cəlb edilib.
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Anna Bordonun və nümayəndə heyətinin üzvlərinin fikirləri dinlənilib.
Ölkəmizdə son illər həyata keçirilən sosial islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr aparılıb.