Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov vetennamine.az saytına bildirib ki, planetar əhəmiyyətə malik bu gün münasibətilə meşə ərazilərinin genişləndirilməsi işinə töhfə verilərək Şəki, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Göygöl, Bərdə, Sabirabad, Tovuz, Masallı, Lənkəran, Ağcabədi, Şəmkir rayonlarının açıq və seyrək meşə fondu torpaqlarında, ümumilikdə 34 hektar ərazidə 23 mindən artıq müxtəlif meşə növlərinə aid ağac tingləri əkilib.