Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, Səfər Cavadovun xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.
Oktyabrın 12-də S.Cavadov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Ukraynadan ölkəmizə gətirilib.

Vətən Naminə Mətbuat Xidməti