26 aprel 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasının 4-cü blokunda qəza baş verdi. Qəza nəticəsində ətraf mühitlə yanaşı insanlarında sağlamlığına ciddi ziyan dəyib. Çernobıl qəzasının 38-ci il dönümü münasibətilə 24 aprel 2024-cü il tarixində Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı ictimai birliyi tədbir keçirib. Vetennamine.az saytı tədbirdən reportaj hazırlayıb.
Tədbir, Ulu öndərimizin məzarı önündə əklilin qoyulması, əziz xatirəsinin yad edilməsi və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarı önündə gül dəstəsi qoyulması ilə başlayıb. Sonradan tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək, şəhidlərimizin məzarına gül dəstəsi, Əbədi Məşəl abidəsinin önünə əklil qoyaraq şəhidlərimizin əziz xatirəsini yad ediblər.
Çernobıl Əlilləri İttifaqı ictimai birliyinin sədri Mirhəsən Həsənov jurnalistlərə müsahibə verərək bildirib ki, 1986-cı ildə Çernobıl Atom Elektrik Stansiyasında faciə baş verən zaman Azərbaycanda 8000-dən çox soydaşımız iştirak edib. 1990-cı ilə qədər demək olar ki, qəzanın bütün fəsadları məxfi saxlanıldığından insanların səhhətində baş vermiş xəstəliklər artıq məcburi vəziyyətdə insanların sosial hüquqlarının qorunması müvafiq bir dövlət dəstəyinə zərurət yarandı. Məhz ulu öndərimiz hakimiyyətə gələndən sonra onun təşəbbüsü ilə Milli Məclisdə Çernobıl qəzasının aradan qaldırılmasında sağlamlığını itirən insanların hüquqlarının müdafiə olunması istiqamətində qanunlar qəbul edildi. Ulu öndərin layiqli davamçısı İlham Əliyev cənabları Çernobıl iştirakçılarının imtiyazlarını Qarabağ müharibəsi əlilləri ilə eyniləşdirdi. 26 aprel 2021-ci il tarixində bu günə qədər 534 Çernobıl əlili mənzillə təmin olunub. O bildirib ki, Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlara müraciət edildiyini və tədbir zamanı tədbir iştirakçılarının həmin stansiyanın bağlanması ilə əlaqədar şüarlar səslənib.
Tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev saytımıza müsahibəsində bildirib ki, Çernobıl qəzası baş verəndə Ukraynada hərbi təhsil alıb və orada yaşayan insanların sağlamlığına dəymiş fəsadların şahidi olub. Həmçinin o, Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə əlaqədar rəhbəri olduğu birlik tərəfindən dəfələrlə beynəlxalq təşkilatlara müraciət edildiyini bildirib.
Azərbaycanın Ukrayna Konqresi idarə heyətinin sədri Osadçenko Yuriy Leonidoviç bir qrup aktiv üzvlə tədbirdə iştirak etmişdir. Saytımıza müsahibəsində Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən soydaşlarımıza öz dərin minnətdarlığını bildirib və Azərbaycan-Ukrayna dostluğunun bundan sonra da inkişaf edəcəyinə və xalqlarımızın qardaşlıq münasibətinin möhkəmlənməsi istiqamətində atılan addımlara dəstək olacaqlarını bildirib.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti