Bermud üçbucağı, keçmişdə maqnit olduğu düşünülən, indi isə təbii qaz mənbəyinin olduğu düşünülən Atlantik Okeanında bir çox təyyarə və gəminin yoxa çıxdığı bölgənin adıdır.
Bu üçbucağın təpələri Bermud adaları, Floridada Mayami və Puerto Rikoda San Juan hesab olunur.
Bermud üçbucağının elmi izahı
Dərin dalış robot kameraları okeanın qar kimi bəyaz dibini və bu bölgədəki bəzi gəmi qəzalarını təsvir etdikdən sonra bu elmi izahat verildi: Bu bölgə Gulf Stream adlanan isti su axınının keçdiyi yerdir. Dibi bəzən isindiyi üçün bu “təbaşir qazları” sudan yüngül olduğu üçün əriyib səthə qalxır. Bu zaman suyun sıxlığı aşağıdan səthə doğru azalır. O zaman yanından nə keçirsə, dərin bir quyuya düşmüş kimi okeanın dibinə düşür. Çünki sıxlığı azalan su gəmiləri daşımaq üçün üzmə qüvvəsi yarada bilməz. Qazın qalxması dayandıqda, sıxlıq əvvəlki vəziyyətinə qayıdır və nəhəng gəmilər heç bir iz buraxmadan kilometrlərlə dərinliyə basdırılır.
Təyyarələrin düşərək yoxa çıxması da eyni səbəbdəndir. Səthə çıxan təbii qazlar havadan yüngül olduqları üçün yüksəlməyə davam edirlər. Bu dəfə sıxlığın azalması bölgənin üstündəki atmosferdə baş verir. Qəza nəticəsində keçən təyyarə dərhal hündürlüyünü itirir və mühərrikləri dayanır. Çünki mühərriklərdəki benzinin yanması üçün oksigenə ehtiyacı var və aşağı sıxlıqlı havada olan oksigen miqdarı mühərriklərin işləməsi üçün kifayət etmir. Beləliklə, təyyarə sürətlə okeanın dibinə doğru enir.
Həlimə Əliyeva
Vətən Naminə Mətbuat Xidməti