Tədbir çərçivəsində şəhidin Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olundu, ruhuna dualar oxundu və xatirəsi dərin hörmət və ehtiramla yad edildi.
Anım tədbirində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri Etibar Hüseynov, ictimai birliyin üzvləri, Bərdə Cümə məscidinin axundu Ramazan Hüseynov, şəhid ailələri, eləcə də şəhidin döyüş yoldaşları iştirak etdilər. Tədbir iştirakçıları şəhidin göstərdiyi igidliklər və keçdiyi döyüş yolu barədə çıxış edərək, onun vətənpərvərlik nümunəsi olduğunu vurğuladılar.
Eyni zamanda, Novruz bayramı münasibətilə AzQMƏVŞAİB-in Bərdə rayon filialı şəhid övladlarına milli geyim hədiyyə etdi. Bu təşəbbüs şəhid ailələrinə mənəvi dəstək göstərmək və milli-mənəvi dəyərləri yaşatmaq məqsədi daşıyır.
Şəhid Xıdırov Ərəstun Arif oğlunun əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah rəhmət eləsin!