Tədbir çərçivəsində şəhidlərin məzarları ziyarət olunmuş, onların əziz xatirəsi ehtiramla yad edilmişdir.
Anım mərasimində şəhid ailələri, yerli ictimaiyyət nümayəndələri, eləcə də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri Etibar Hüseynova iştirak edərək çıxış etmişdir. Çıxışlar zamanı şəhidlərin qəhrəmanlıq yolundan, Vətənə olan misilsiz sevgilərindən və onların bizə miras qoyduğu şərəfli addan bəhs edilmişdir.
Eyni gündə Bərdənin Əyricə kəndində şəhid Quliyev Mehmanın atasının üzünü görməyən qızı Damlanın 5 illik yubileyi qeyd olunmuşdur. Tədbir səmimi və duyğulu atmosferdə keçmiş, iştirakçılar Damlanın sevincinə şərik olmuşdur. Onun timsalında bütün şəhid övladlarına dəstək və diqqətin hər zaman davam etdiriləcəyi vurğulanmışdır.
Bu cür tədbirlər şəhidlərimizin ruhuna olan borcumuzun ifadəsi olmaqla yanaşı, onların ailələrinə göstərilən mənəvi dayaq və dəstəyin bariz nümunəsidir.