Tədbirdə Bərdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları, idarə və müəssisə rəhbərləri, AzQMƏVŞAİB-in Bərdə rayon filialının sədri və üzvləri, hərbçilər, şəhidin döyüş yoldaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri və digər rayonlardan gələn şəhid ailələri iştirak edərək çıxışlar etdilər.
Anım tədbiri çərçivəsində əvvəlcə Şəhidlər Xiyabanında Elməddin Hüseynzadənin məzarı böyük izdihamla ziyarət olundu, ruhuna dualar oxundu. Daha sonra şəhidin əziz xatirəsinə həsr olunmuş iftar süfrəsi təşkil edildi.
Çıxış edənlər Elməddin Hüseynzadənin Vətən uğrunda göstərdiyi igidliklərdən danışaraq onun qəhrəmanlığının heç vaxt unudulmayacağını vurğuladılar. Şəhid ailələri və tədbir iştirakçıları Vətənin azadlığı və suverenliyi uğrunda canından keçən qəhrəman oğulların daim qəlblərdə yaşayacağını qeyd etdilər.
Sonda şəhid ailəsi tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.