Mərasimdə Bərdə Rayon İcra Hakimiyyətinin məsul işçisi Samir Səfərov, kənd ərazi icra nümayəndəsi Qəhrəman müəllim, kənd bələdiyyəsinin sədri Elxan müəllim, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova, şəhidin təhsil aldığı şəhid G. Qarayev adına tam orta məktəbin rəhbərliyi, müəllim və şagird kollektivi, şəhid ailələri və şəhidin yaxınları iştirak etmişdir.
Anım mərasimi şəhidin məzarının ziyarəti ilə başlayıb. Məzarı üzərinə gül dəstələri düzülüb, iştirakçılar tərəfindən şəhidin igidlik dolu döyüş yolu barədə çıxışlar edilib və ruhuna dualar oxunub.
Tədbirin sonunda şəhidin ailə ocağında ehsan süfrəsi açılıb, onun xatirəsi bir daha dərin hörmət və ehtiramla yad edilib.
Məkanı cənnət, ruhu şad olsun!
Allah bütün şəhidlərimizə rəhmət eləsin!