Anım mərasimində şəhidin ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi (AzQMƏVŞAİB) Bərdə rayon filialının sədri Etibar Hüseynov, Bərdə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Ziya İsmayılzadə, eləcə də ictimaiyyət nümayəndələri iştirak etdilər.
Əvvəlcə mərasim iştirakçıları Bərdə Şəhidlər Xiyabanını ziyarət edərək şəhid Ziya Həsənovun məzarı önünə gül dəstələri qoydular, ruhuna dualar oxundu. Daha sonra şəhidin ailəsi tərəfindən Şəhidlər Xiyabanında mərhumun adına çay ehsanı süfrəsi təşkil olundu.
Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimiz kimi, Ziya Həsənovun da xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Onun şücaəti, vətənpərvərliyi gənc nəsillər üçün bir örnəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Ruhu şad, məkanı cənnət olsun.