Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, imzalanma mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ən böyük qələbələrindəndir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimad və hörmətin bariz nümunəsidir. 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcək. Bütün bunlar dövlət qurumlarının və ali təhsil müəssisələrinin üzərinə də müəyyən öhdəliklər qoyur.
Vətən Naminə Mətbuat Xidməti