BCG Matrisi nədir ?

Bruce D.Henderson tərəfindən Boston Consulting Group üçün hazırlanan BCG matrisi şirkətlərin məhsul (və ya xidmət) qruplarını analiz etməyə yarayan bir modeldir. Matris 1968-ci ildən bəri şirkətlərə bazar paylarını böyütmək üçün hansı məhsulların gərəkli olduğunu anlamalarına köməkçi olmaq üçün istifadə olunur. Bu üsul bir marketinq analizi texnikası sxemi ilə məhsulların qarşılaşdırmalı bazar payı və bazardakı yerlərini aydın şəkildə görməyə yarayır.
Bu matrisin məqsədi, alınan qərarların maliyyətlərini minimuma endirmək və doğru sahələrə düzgün investisiyalar etməkdir.
Hər məhsul və xidmət üçün, matrisin ‘’sahəsi’’ satışlarının dəyərini təmsil edir. BCG matrisi bu səbəblə şirkətin məhsulunun (və ya xidmətinin) güclü yönləri və zəif yönlərinin mövcud qazanc və pul axışı yönündən bir xəritəsini təsvir edir.

 

Öncəliklə məhsul və xidmətlərinizin bazar payı və böyümə faizlərini bilməyiniz lazımdır. Bazar böyümə nisbətlərinizi ölçərkən obyektiv olmalı, ən böyük rəqibləriniz ilə özünüzü müqayisə etməlisiniz.

Daha sonra isə dördə bölünmüş matrisi hazırlamalısınız. Bu matrisi onlayn şəkildə də çəkə bilərsiniz. Miro bu xidməti verən veb-saytlardan biridir.

Matris dörd əsas hissədən ibarətdir:

1.Ulduzlar (Stars)-Sürətli böyüyən sektorlarda yüksək bazar payına sahib bölmələrdir. Bazarın böyümə sürəti yüksək və şirkətin ən yaxın rəqiblərinə görə bazar payı da yüksək olduğu üçün şirkətə gəlirini bu işə (məhsul və ya xidmətin istehsalı) investisiya etməsi və bazardakı vəziyyətini gücləndirməsi tövsiyə olunur. Burada diqqət edilməli xüsusi bazardakı böyümə sürəti bir yerdən sonra azalacaq, belə bir vəziyyətdə ulduz inəyə çevriləcək və buna uyğun yeni strategiyalar yaradılacaqdır.

2.Sağlam inəklər (Cash Cows )-Əgər böyümə sürəti az və şirkətin bazar payı yüksəkdirsə bu iş böyük ehtimal şirkətə isti pul axımı ilə (cash flow) təmin etməkdədir. Bu sahənin “inək” olaraq adlandırılmasının əsas səbəbi də mütəmadi olaraq axın (süd) olmasından qaynaqlanmaqdadır. Bu bazarın həddindən çox böyüyəcəyi gözlənilir və buradan qazanılan pulların ulduzlara transfer edilməsi tövsiyə olunur. İnəklərin bazar payı müəyyən müddət sonra yeni rəqiblərin sektora daxil olması ilə birlikdə azalır və inək itə çevrilir.

3.Sual işarəsi (Question marks)-Bazar payınız az və fəaliyyətdə olduğunuz bazar yüksək sürətlə böyüyürsə bu sahədə bəzi sual işarələrinin olması mümkündür. Bir çox şirkət üçün bu başlanğıc nöqtəsidir. Belə vəziyyətdə rəqabət çox şiddətli deyil. Bu zaman şirkətlər 2 mümkün seçimlə qarşılaşar:
Əgər, şirkət rəqibinə nəzərən bazar payını daha çox artıra bilərsə, bu qeyri-müəyyən iş ulduza çevrilərək uğurlu şirkət ola bilər. Amma bazardakı rəqiblər daha yaxşı üsullarla bazardan daha çox pay alarsa, qeyri-müəyyənlik “it“-ə çevrilər.

İtlər (Dogs)-Bazar böyümə sürətinin və şirkətin bazar payı azdırsa; bu hissədəki müəssisələr problemli yəni it olaraq adlandırılır. Bilindiyi kimi, böyümə sürətinin yüksək olmadığı bazarlarda rəqabət dərəcəsi olduqca şiddətli ikən, bu hissədə yer alan şirkətlərə gəlir az olduğu üçün satılması və ya bağlanması tövsiyə olunur.

 

Hazırladı

Həlimə Əliyeva

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.