Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, hazırda müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, ali və orta ixtisas təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir. Cari il ərzində bugünədək 472 kq batareya toplanılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu prosesə töhfə verən bütün tərəfdaşlara, vətəndaşlara təşəkkür edir, hər kəsi təhlükəli və istifadəyə yararsız olan batareyaların məişət tullantılarına qarışdırılmasına yol verməməyə, batareyalar üçün ayrılan xüsusi qutulardan istifadə etməyə çağırır.
Qeyd edək ki, “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Qırmızı Ürəklər” Fondu tərəfindən 1 may 2022-ci il tarixində start verilib.