Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən
məlumata əsasən, nümayəndə heyətinə GIDS-in təyinatı və fəaliyyət sahələri haqqında ətraflı brifinqlər təqdim olunub.
Bildirilib ki, müəssisə yerüstü, dənizdə və havada, o cümlədən hava hücumundan
müdafiə və inteqrasiya olunmuş sistemlərdə, həmçinin nüvə, bioloji (bakterioloji) və kimyəvi
müdafiədə istifadə olunan hərbi təyinatlı məhsullar istehsal edir.
Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri
cənab Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə maraq doğuran məsələlər ətraflı müzakirə edilib.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti