Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, cari ilin 1-3 dekabr tarixlərində Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Mübariz Əhmədov Özbəkistan Respublikasının Hüquq mühafizə Akademiyasının dəvəti ilə Daşkənd şəhərində keçirilən “Hüquq mühafizə orqanlarında hüquq təhsili və elm: müasir tendensiyalar və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.
Akademiyanın yaradılmasının növbəti ildönümünə təsadüf etmiş konfransa Türkiyə, Özbəkistan, Malayziya, Qazaxıstan, İsveç, Portuqaliya, Yaponiya habelə digər ölkələri təmsil edən ali ixtisaslaşmış akademiya rəhbərləri, alimlər, ekspertlər, BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatları təmsil edən nümayəndələr qatılıb.
Tədbir çərçivəsində Baş Prokurorluğun nümayəndəsi “Prokurorların peşə hazırlığı: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda çıxış edib.
Daşkənd və Səmərqənd şəhərlərində keçirilən konfransın plenar iclaslarında hüquq təhsili və peşə hazırlığının müxtəlif sahələrinə aid mövzular üzrə faydalı müzakirələr davam etdirilib.
Vətən Naminə Mətbuat Xidməti